Səudiyyə Ərəbistanın dərslik kitablarından anti-sionist mövzular çıxarılıb 22 Dekabr 2020 10:15 Fələstin Yəmən İslam Alimlər Birliyi Səudiyyə Ərəbistanın dərslik kitablarından sionizm əleyhinə olan mövzuların çıxarılmasını pisləyib. Maide.Az İQNA-a istinadən xəbər verir ki, Yəmən İslam Alimləri Birliyi qeyd edib ki, Səudiyyə rejiminin dərslik kitablarından anti-sionizm mövzularını çıxarması İsrail rejiminin Fələstinin tam işğalına zəmin yaratmaq üçün aşkar dəstəkdir. Qeyd edək ki, Səudiyyə Ərəbistanı son günlərdə dərslik kitablarında əsaslı dəyişiklik etməklə sionist rejiminin müsəlmanların düşməni kimi tanıdılması barədə mövzuları bu kitablardan silib. Belə ki, dərslik kitablarında sionist rejimini qeyri-leqal hesab edən "sionizm təhlükəsi" adlı mövzu və həmçinin "cihad və şəhadət" mövzusu tamamilə silinmişdir. İsrail rejiminin kütləvi informasiya vasitələrindən yayılan məlumatlara əsasən Birləşmiş Ərəb Əmirlikləri də (BƏƏ) dərslik kitabları barədə oxşar addımı atmışdır. Teqlər : #Səudiyyə,#Ərəbistanın,#dərslik,#kitablarından,#antisionist,#mövzular,#çıxarılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstinlilərin öz müqəddəratlarını təyin etmə hüquqları tanındı Haniyə: Sionist rejim bütün müsəlman ümmətinin ilk düşməni olaraq qalacaq
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar