Səna beynəlxalq hava limanı ilə bağlı dəhşətli statistika açıqlandı

Səna beynəlxalq hava limanı ilə bağlı dəhşətli statistika açıqlandı

Yəmənin paytaxtı Sənadakı hökumətin Nəqliyyat naziri Zəkəriyya əş-Şami ölkəsinə qarşı davama edən mühasirə ilə bağlı danışıb.   

Zəkəriyya əş-Şami açıqlamasında bildirib ki, Səna beynəlxalq hava limanının bağlı qalması uşaqların və qadınların ölməsinə səbəb olur.

"Səna beynəlxalq hava limanı qapalı qalması səbəbilə bu günə qədər 80 min uşaq və qadın ölüb. Bu şəxslər müalicələrini xarici ölkələrdə etməli olduqları halda müvəffəq ola bilməyiblər", - deyə Zəkəriyya əş-Şami diqqətə çatdırıb.   

O qeyd edib ki, Səna beynəlxalq hava limanının Səudiyyə Ərəbistanı mühasirəsi səbəbilə qapadılması işğalçıların beynəlxalq hüququ pozduğunu göstərir. /eastnews.org/

Google+ WhatsApp ok.ru