Səudiyyə Ərəbistanı rejimi Yəməni yenə bombaladı: 6 dinc sakin şəhid oldu, 20 nəfər yaralandı 01 İyul 2021 14:33 Yəmən Səudiyyə Ərəbistanın Yəmənin müxtəlif bölgələrini bombalaması nəticəsində 6 dinc sakin şəhid olub və 20 nəfərdən çox dinc sakin isə yaralanıb. Madie.Az xəbər verir ki, belə ki, Səudiyyə rejiminin təcavüzü nəticəsində Saada əyalətində 2 nəfər şəhid, 6 nəfər yaralanıb. Təcavüzkar rejimin topxana və raket hücumları nəticəsində Əl-Raqu sərhəd bölgəsində 2 dinc sakin şəhid olub, 8 nəfər yaralanıb. Şada sərhəd bölgəsində də 2 dinc sakin şəhid olub, bir neçə nəfər yaralanıb. Məlumata görə, ötən sutka ərzində Səudiyyə Ərəbistanın Yəmənin müxtəlif bölgələrini bombalaması nəticəsində ümumlikdə 20 nəfər yaralanıb ki, onların bəzisinin durumu ağırdır. İşğalçı rejim bu gün səhər də Saada əyalətini qırıcı təyyarələrlə bombalamağa davam edib. Teqlər : #Səudiyyə,#Ərəbistanı,#rejimi,#Yəməni,#yenə,#bombaladı:,#dinc,#sakin,#şəhid,#oldu,#nəfər,#yaralandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məhəmməd Əli Əl-Husi: 'ABŞ Yəməndə sülh naminə heç bir addım atmadı' Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'