Səudiyyə Ərəbistanı ilə sionist rejimi birləşdirən yeni layihə

Səudiyyə Ərəbistanı ilə sionist rejimi birləşdirən yeni layihə

Səudiyyə Ərəbistanı və sionist rejim arasında fiber-optik kabel xəttinin çəkilməsi layihəsi icra olunur. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, İvrit dilində çap olunan qəzet işğalçı İsrail rejimi ilə  Səudiyyə Ərəbistanını dəniz vasitəsilə birləşdirəcək fiber-optik kabel xəttinin çəkilməsi layihəsindən yazıb. 
 
Məlumata görə, İtalya, Hindistan, Oman , Səudiyyə Ərəbistanı Fələstinin işğal olunmuş ərazisi ilə birləşdirən bu fiber-optik kabel xəttinin çəkilməsi üçün artıq işlərə başlanılıb. 
 
Bu kabel xəttinin çəkilişi ilə  işğalçı rejim dünya ilə  dicital əlaqəsini daha da yaxşışaldıracaq. 
 
Məlumatda bu fiber – optik kabel xəttinin əhəmmiyyətindən danışılıb və qey dolunub ki, kabel xəttinin çəkilişi 3 il müddətinə başa çatacaq. 
 
Qeyd edək ki, son vaxtlar BƏƏ və Bəhreyn  sionist rejimlə əlaqələrini adiləşdirmə fonunda işğalçı rejimlə sazişlər  imzalayıb və səfirliklər açıb. Ekspertlər hesab edir ki,  Səudiyyə Ərəbistanı rəhbərliyi  də Bəhreyn və BƏƏ kimi  Fələstin xalqının və müsəlmanların hüquqlarını tapdalayaraq necə olursa olsun  sionist rejimlə saziş imzalamaq və əlaqələri adiləşdirmək niyyətindədir. 
 

Google+ WhatsApp ok.ru