Saakaşvili Gürcüstanda şəhər meri olmaq istəyir

Saakaşvili Gürcüstanda şəhər meri olmaq istəyir


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bəyan edib ki, vətəndaşlığını bərpa etmək üçün Ukraynaya qayıtmaq niyyətindədir və lazım gələrsə, ölkədə yüksək vəzifə tutmağa hazırdır, lakin onun əsas prioriteti - Gürcüstana qayıdışdır. Bu barədə o, "Rustavi 2" telekanalına müsahibə verib.

"Mən Ukraynanı sevirəm və oraya qayıdacağam, vətəndaşlığımı özümə qaytaracağam. Əgər ehtiyac yaranarsa, yüksək vəzifə də tuta bilərəm. Lakin mənim üçün əsas prioritet - Gürcüstana qayıtmaqdır. Mən öz üzüm bağıma qayıdacam və ilk məhsulumu yığacam. Sonra, bəlkə Kvareli (Kaxetiya şəhəri, Saakaşvilinin orada bağ evi yerləşir, - red) meri olacağam. Ola bilsin ki, Lazikinin də meri olum, bəlkə də ola bilməyəcəm",-deyə Mixail Saakaşvili əlavə edib.

Saakaşvili 2019-cu ilin martında qeyd etmişdi ki, aprelin 1-də Ukraynaya qayıtmaq niyyətindədir, çünki əmindir ki, Poroşenko prezident seçkilərinin ikinci turuna keçə bilməyəcək./faktxəbər/

Google+ WhatsApp ok.ru