Saakaşvilinin ekstradisiyasına hazırlıq görülür

Saakaşvilinin ekstradisiyasına hazırlıq görülür

-- Ukrayna və Gürcüstan Saakaşvilinin ekstradisiyası ilə bağlı gizli danışıqlar aparır

Ukrayna və Gürcüstan hökumətləri eks-prezident və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin ekstradisiyası ilə bağlı gizli danışıqlar aparır. 
 
KİV-in məlumatına görə, siyasətçini Belarusa ekstradisiya etmək istəyirlər. Gürcüstanın dövlət təhlükəsizlik xidmətinin rəhbəri Vaxtanq Qomelauri bu məsələni müzakirə etmək məqsədilə Belarusa səfər edib. 
 
Qeyd edək ki, Ukrayna Baş Prokurorluğu Mixail Saakaşvilini sabiq prezident Viktor Yanukoviçin yaxın adamı olan rusiyalı biznesmen Sergey Kurçenkodan maliyyə alaraq hakimiyyəti devirməkdə ittiham edib. (faktxeber)
 

Google+ WhatsApp ok.ru