Saakaşviliyə 6 il həbs cəzası verildi

Saakaşviliyə 6 il həbs cəzası verildi

-- deputatı döyməkdə günahkar bilinib

Tiflis Şəhər Məhkəməsi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini 2005-ci ildə deputat Valeri Gelaşvilinin döyülməsində günahkar bilib.
 
Maide.Az "Axar.az"a istinadən xəbər verir ki,  Gürcüstanın “Birinci kanal”ı məhkəmənin Saakaşvilini 6 il qiyabi həbs cəzasına məhkum etdiyini bildirib.
 
Qeyd edək ki, Gürcüstan mətbuatının iddiasına görə, Gelaşvili Saakaşvilini təhqir etdiyi üçün döyülüb. Saakaşvili bu iş üçün o zamanın daxili işlər naziri Vano Merabişviliyə tapşırıq verib.
 

Google+ WhatsApp ok.ru