Sağalmaz xəstəliyə yeni müalicə metodu

Sağalmaz xəstəliyə yeni müalicə metodu

Böyük Britaniyanın Kenta universitetinin alimləri Parkinson xəstəliyinin əlamətlərini azalda bilən orijinal metod aşkarlayıblar.
 
Maide.Az "Sputnik"a istinadla xəbər verir ki, bu xroniki nevroloji xəstəlik zamanla hərəkət aktivliyini zəiflədir.
 
Elmi araşdırmada 46 parkinson xəstəsi iştirak edib.
 
İki ay ərzində gündə iki dəfə araşdırma iştirakçılarının qulaq kanalına xüsusi portativ qulaqlıq vasitəsi ilə yumşaq masaj ediblər. Prosedurdan sonra xəstələr xəstəliyin müşahidə edilən əlamətlərinin azaldığını bildiriblər. Beləliklə, onların hərəkət aktivliyi artıb, yaddaşları güclənib, diqqət və yuxu konsentrasiyası yaxşılaşıb, əhvalı yüksəlib. Eyni zamanda iştirakçılar qeyd ediblər ki, onlara proseslərdən sonra gündəlik hərəkətlərini etmək rahatlaşıb.
 
Elmi araşdırmanın terapevtik effekti araşdırma bitdikdən 5 həftə sonraya qədər davam edib. Qeyd edək ki, bu metodun əks təsirləri yoxdur. Bəzi xəstələr qeyd ediblər ki, xoş hisslər yaşayıblar və hətta proseduru masajla müqayisə ediblər. Ancaq qulaq sinirlərinin stimullaşdırılmasının xəstəlik müddətinə təsirlərini öyrənmək üçün geniş miqyaslı araşdırmalar aparılmalıdır.

Google+ WhatsApp ok.ru