Saatlıda bir ailənin 3 üzvü qidadan zəhərləndi

Saatlıda bir ailənin üç üzvü qidadan zəhərlənib. Hər 3-ü  xəstəxanaya yerləşdiriliblər. Onların  kolbasadan zəhərləndiyi ehtimal olunur.
 
Bir ailənin 3 üzvü qidadan zəhərlənib.Hadisə Saatlı rayonunun Sarıcalar kəndində  olub. 59 yaşlı Mədinə  Abbasova, 26 yaşlı Zümrüd  Əzgərova və 5 yaşlı Zəhra  Əsgərzadə evdə kolbasa və sosislər yedikdən sonra halları pisləşib.
 
Hər üç şəxs  qidadan zəhərlənmə diaqnozu ilə Saatlı Mərkəzi  Rayon Xəstəxanasına yerləşdirilib. Onlara lazımi tibbi yardım göstərilib.xezerxeber /
 

Google+ WhatsApp ok.ru