Saatlıda yanğın nəticəsində mal-qara tələf olub

Saatlıda yanğın nəticəsində mal-qara tələf olub

Saatlıda yanğın hadisəsi qeydə alınıb.
 
Maide.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən xəbərə görə, Saatlı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 375 kv.m olan tövlənin çardağına yığılmış 20 ton ot bağlamasının 10 tonu yanıb.
 
Yanğın zamanı tövlədə olan 2 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Tövlə və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. /
 

Google+ WhatsApp ok.ru