Sabah Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq

Sabah Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq

Buna səbəb aparılacaq təmir işləridir
 
Sabah səhər saatlarından Bakının Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq. 
 
Bu barədə "Report"a "Azəravtoyol" ASC-dən bildirilib. 
 
Məlumata görə, hərəkətin məhdudlaşdırılması bir neçə saat çəkəcək. Buna səbəb aparılacaq təmir işləridir. 
 
"Göstərilən müddət ərzində sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur", - cəmiyyətin məlumatında qeyd edilib. /

Google+ WhatsApp ok.ru