Sabah hava necə olacaq? 12 İyun 2018 01:00 Ölkə -- dəyişkən buludlu, əsasən... Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 23-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında iyunun 13-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 26-31, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir. İyunun 13-də Abşeron yarımadasında komfort temperatur hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Teqlər : #Sabah hava necə olacaq?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Leysan Yevlax-Zaqatala-Gürcüstan magistral yolunu dağıtdı Ramazan bayramı günlərində “Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejimində çalışacaq