Sabah rayonlarda yağış, sulu qar, qar yağacaq

Sabah rayonlarda yağış, sulu qar, qar yağacaq

Bakı və Abşeron yarımadasında dekabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, zəif duman olacağı ehtimalı var.
 
Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Maide.Az-a verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə  3-6° isti, gündüz  8-12° isti, Bakıda gecə  4-6° isti, gündüz 9-11° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.
 
Nisbi rütubət gecə 80-90%, gündüz 65-75% təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru