Sabah üçün ölkə ərazisində gözlənilən hava şəraiti

Sabah üçün ölkə ərazisində gözlənilən hava şəraiti

-- Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir

Aprelin 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam  mülayimləşəcək.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12,  Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında aprelin 4-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. 
 
Havanın temperaturunun gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir. 
 
Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 3-ü axşam, aprelin 4-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, aprelin 5-6-da meteoroloji amillərin normal sutkalıq gedişi əksər əhali  üçün  əlverişlidir. 
 

Google+ WhatsApp ok.ru