Sabah Şeyx Sərdarın Apellyasiya Məhkəməsi keçiriləcək - BAKIDA

Sabah Şeyx Sərdarın Apellyasiya Məhkəməsi keçiriləcək - BAKIDA

Vəkil Cavad Cavadov həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin Apellyasiya Məhkəməsinin vaxtını açıqlayıb. 
 
Vəkilin Maide.Az-a verdiyi məlumata görə, sabah saat 12:00 Bakı şəhərində Nizami rayon Məhkəməsində namaz məhbusu Sərdar Babayevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Masallı rayon Məhkəməsinin 22 fevral 2017-ci il tarixli qərarından verdiyim apellyasiya şikayətinə baxılacaq.
 
Qeyd edək ki, ruhani Sərdar Hacıhəsənli Masallı rayonunda cümə namazı qıldığı üçün rayonun icra başçısı tərəfindən polisə şikayət edilib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində 37 gün müddətində həbs qəti-imkan tədbiri seçilib.

Google+ WhatsApp ok.ru