Sabah 12 mindən çox 11-ci sinif şagirdi imtahan verəcək

Sabah 12 mindən çox 11-ci sinif şagirdi imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) 23 may 2017-ci il tarixində Bakı və Sumqayıt  şəhərlərində yerləşən, reprezenatativ seçmə əsasında müəyyən olunan 206 məktəbdə 11-ci sinifdə təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq imtahanları keçirəcək.
 
DİM-in məlumatına görə, monitorinq imtahanlarında 12522 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00 da başlanacaq. 
 
Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Riyaziyyat fənni üzrə imtahan 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edir.(faktxeber)

Google+ WhatsApp ok.ru