Sabah 19 mindən çox abituriyent I ixtisas qrupu üzrə qəbul imtahanı verəcək 26 İyul 2021 09:59 Ölkə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 27-28-də I ixtisas qrupu, həmçinin iyulun 28-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. İyulun 27-də keçiriləcək imtahanda 19 min 184, iyulun 28-də I və IV ixtisas qrupları üzrə keçiriləcək imtahanlarda isə 14 min 426 nəfər olmaqla, ümumilikdə 33 min 610 abituriyentin iştirakı nəzərdə tutulur. DİM-dən bildirilib ki, iyulun 27-də imtahanlar 11 şəhər və rayonda - Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq. İyulun 28-də isə yuxarıda qeyd olunan rayon və şəhərlərlə yanaşı (Qazax istisna), Naxçıvan, Şəmkir, Sumqayıt, Abşeron, Mingəçevir, Zaqatala, Ağcabədi, Kürdəmir, Sabirabad, Cəlilabad, Masallı, Quba olmaqla, ümumilikdə 22 şəhər və rayonda imtahan keçiriləcək. DİM abituriyentlərin nəzərinə çatdırır ki, imtahanlar saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır); - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 151 imtahan binası, 2544 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 151 ümumi imtahan rəhbəri, 422 imtahan rəhbəri, 3309 nəzarətçi–müəllim, 308 buraxılış rejimi əməkdaşı, 151 bina nümayəndəsi cəlb edilib. Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır. DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları ilə Mərkəzin saytında tanış olmaq mümkündür. Teqlər : #Sabah,#mindən,#çox,#abituriyent,#ixtisas,#qrupu,#üzrə,#qəbul,#imtahanı,#verəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İyulun 24-də gözlənilən hava şəraiti açıqlanıb Avqustun 2-dən Bakıda bəzi uşaq bağçalarına qəbul elektron qaydada aparılacaq Ölkə Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb Azərbaycan əhalisinin sayı açıqlanıb Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb Azərbaycan ilə Qətər arasında viza rejimi ləğv olunub Bakının bəzi küçələrində su olmayacaq Azərbaycanda təbii qazın və elektrik enerjisinin qiyməti bahalaşıb Noyabrda dörd gün qeyri-iş günüdür Azərbaycanda ərzaq məhsulları orta hesabla 2,6 faiz bahalaşıb Peşə məktəblərində kredit sistemi təşkil olunacaq Pay torpaqlarına dövlət reyestrindən çıxarış verilməsi üçün rüsum tutulmayacaq Şənbə gününün hava proqnozu açıqlanıb 'Müstəqillik Günü haqqında'qanun layihəsi qəbul edildi Azərbaycanda banklar tərəfindən bankomatlar vasitəsilə dollar əsginasların qəbulu dayandırılıb Sabahın hava proqnozu açıqlanıb Sərnişinlərin NƏZƏRİNƏ: Marşrut xəttinin hərəkət sxemi dəyişdirildi Sabah gecə saatlarında 'Azercell'in bəzi xidmətlərində çətinliklər olacaq Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi yaranıb Daşınmaz əmlaka dair texniki sənədlərdən dövlət rüsumu tutulmayacaq Sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakının 3-cü mikrorayon ərazisində yolların birində hərəkət məhdudlaşdırılır Bakının 3-cü mikrorayon ərazisində yolların birində hərəkət məhdudlaşdırılır Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda hərəkət üç gün məhdudlaşdırılacaq - YENİLƏNİB Əcnəbilərin Azərbaycan universitetlərində təhsil almaq qaydaları dəyişdirilib Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb Bu gün Bakının mərkəzi hissəsində su olmayacaq 'Azərbaycanın su ehtiyatları ilbəil azalır' Bakıda V-IX siniflər üzrə diaqnostik qiymətləndirmə keçirilir Sabaha gözlənilən hava şəraiti açıqlanıb Peşə təhsili haqqında dövlət sənədi ilə universitetə daxil olmaq mümkün olacaq Bakı metrosunda gələn il təmassız ödəniş etmək mümkün olacaq Şənbə gününün hava proqnozu açıqlanıb Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti UZADILDI Sabah hava necə olacaq? Masazır gölü niyə quruyur? - AÇIQLAMA (FOTO) Umayra Tağıyeva: 'Havanın temperaturu ötən illə müqayisədə 3.3 dərəcə aşağıdır' Yeni tikililər mərkəzi istilik sisteminə qoşula bilər - 'Azəristiliktəchizat' Gələn həftədən qeyri-qanuni avtobus və taksilərə qarşı ciddi tədbirlər görüləcək Sabahın hava proqnozu açıqlanıb AZAL Ermənistan hava məkanından istifadə etməyə başlayıb Rezidenturaya qəbulun nəticələri açıqlanıb