Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

-- Mülayim cənub-qərb küləyi əsəcək

Martın 7-nə olan hava proqnozu açıqlanıb.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.  Mülayim cənub-qərb küləyi əsəcək. 
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 10-15,  Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb  küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 1-6, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.
 
Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.
 

Google+ WhatsApp ok.ru