Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
 
Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,
 
Bakıda və Abşeron yarımadasında
Hava şəraiti günəşli olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 55-65 %, gündüz 40-50 % olacaq.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
 
ETSN xəbərdarlıq edir ki, iyulun 28-29-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 34-39° isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında
Hava şəraiti yağmursuz olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
 
ETSN xəbərdarlıq edir ki, iyulun 28-dən ayın sonunadək ölkə ərazisində hava şəraitinin isti olacağı gözlənilir. Havanın maksimal temperaturunun 35-40°, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42°, dağlıq rayonlarda isə 27-32° isti olacağı gözlənilir. Qərb küləyi 29-u gündüzdən 31-dək ayrı-ayrı yerlərdə arabir güclənəcək. /

Google+ WhatsApp ok.ru