Sabaha olan hava proqnozu açıqlanıb: Bakıda 34 dərəcə isti olacaq

Sabaha olan hava proqnozu açıqlanıb: Bakıda 34 dərəcə isti olacaq

İyunun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq, cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, havanın temperaturunun gecə 20-23° isti, gündüz 29-34° isti, Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-27° isti olacaq.
 

Google+ WhatsApp ok.ru