Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,
 
Bakıda və Abşeron yarımadasında
Havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz arabir tutulacağı gözlənilir.
Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütutuna enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55% təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında
Hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 28-32 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. 

Google+ WhatsApp ok.ru