Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Hava yağmursuz keçəcək

Sentyabrın 13-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
 
Maide.Az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 20-23° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.
 
Azərbaycanın rayonlarında gözlənilən hava əsasən yağmursuz keçəcək. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
 

Google+ WhatsApp ok.ru