Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
 
Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
 
Bakıda və Abşeron yarımadasında
Hava yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 35-40 % olacaq.
 
Azərbaycanın rayonlarında
Hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru