Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
 
Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə,
 
Bakıda və Abşeron yarımadasında
Hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-34° isti, Bakıda gecə 19-21°, gündüz 30-32° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 30-35 % olacaq.
 
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 23-də Abşeron yarımadasında temperaturun bir qədər yüksək olması fonunda rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, 24-də mülayim xəzri küləyinin əsməsi müsbət amildir.
 
Azərbaycanın rayonlarında
Şimal rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 29-34° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı gözlənilir.
 
Xəbərdarlıq
Sentyabrın 23-ü gündüzdən 26-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. /

Google+ WhatsApp ok.ru