Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Hava yağmursuz keçəcək

Oktyabrın 6-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
 
Maide.Az bildirir ki, ETSN-dən verilən məlumata görə, mülayim cənub  küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 9-12° isti, gündüz  16-19° isti, Bakıda gecə  9-11°, gündüz  16-18° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan yüksək  763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. 
 
Nisbi rütubət  gecə 70-80 %, gündüz 45-50 % olacaq. 
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.
 
Şərq küləyi ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.
 
Havanın temperaturunun gecə  8-12°, gündüz  16-21° isti, dağlarda gecə 1-4°, gündüz 6-11° isti olacağı gözlənilir.(apa)
 

Google+ WhatsApp ok.ru