Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

-- Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Noyabrın 3-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.
 
Səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. 
 
Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
 
Maide.Az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 7-10° isti, gündüz 15-18° isti, Bakıda gecə  8-10°, gündüz  15-17° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi 766 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət  gecə 75-85 %, gündüz 45-50 % olacaq. 
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.
 
Qərb küləyi arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 5-10°, gündüz  15-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  5-10° isti olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru