Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

-- Hava küləkli olacaq

Noyabrın 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz  13-16° isti, Bakıda gecə  9-11° isti, gündüz  14-16° isti olacaq.
 
Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət   85-95 % olacaq. 
 
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  4-9° isti olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru