Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

-- Şimal-şərq küləyi əsəcək.

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində yarımadanın bəzi yerlərində arabir çiskinli olacağı ehtimalı var.
 
Şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət 75-85 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəkincə, noyabrın 19-dək Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
Azərbaycanın rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman.
Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-18° isti,
dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru