Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

-- Yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacaq

Bakı və Abşeron yarımadasında noyabrın 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskin, axşam isə  yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əəsəcək.
 
Maide.Az bildirir ki, ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə  3-5° isti, gündüz  9-13° isti, Bakıda gecə  3-5° isti, gündüz  10-12° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan yüksək 769  mm civə sütunundan 766 mm civə sütununa enəcək.
 
Nisbi  rütubət    75-85 % olacaq. 
 
Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 29-dan dekabrın 01-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
 
Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə  0-4° isti, gündüz  9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 6-10° isti olacağı gözlənilir.
 

Google+ WhatsApp ok.ru