Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

-- Bəzi yerlərdə leysan gözlənir

Mayın 15-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacaq.
 
Mayın 15-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının leysana keçəcəyi ehtimal edilir.
 
Gecə 12-17, gündüz 24-29, dağlarda gecə 4-8, gündüz 9-14 dərəcə isti təxmin edilir.
 

Google+ WhatsApp ok.ru