Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

-- Hava yenidən pisləşəcək: leysan, dolu gözlənilir

Bakıda və Abşeron yarımadasında mayın 19-da hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. 
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 25-30,  Bakıda gecə 15-17, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir. 
 
Azərbaycanın rayonlarında mayın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 14-18, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
 
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas  insanlar  üçün  əlverişlidir.   
 
Mayın 20-si axşam, 21-də gün ərzində şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. 
 

Google+ WhatsApp ok.ru