Sabaha olan hava proqnozu açıqlanıb 03 İyul 2018 01:00 Ölkə -- 44 dərəcə isti Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Maide.Az "lent.az"a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, cənub-şərq küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 25-27, gündüz 39-41 dərəcə isti olacağı gözlənilir. İyulun 4-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 28-29, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti təşkil edəcək. Cənub-şərq küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir. Azərbaycanın rayonlarında iyulun 4-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 39-44, dağlarda gecə 18-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir. Teqlər : #Sabaha olan hava proqnozu açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mingəçevir İES-də baş vermiş qəza nəticəsində Azərbaycanın böyük hissəsi işıqsız qalıb Elektrik enerjisinin kəsilməsi ilə əlaqədar `Bakı metropoliteni`nin bütün stansiyalarına giriş bağlanıb