Sabah Abşeron rayonu ərazisində içməli suyun verilişində fasilə olacaq

Sabah Abşeron rayonu ərazisində içməli suyun verilişində fasilə olacaq

Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Ceyranbatan-Maştağa magistral su xəttinin yeni çəkilmiş yola düşən hissəsinin yeri dəyişdirilir.

Azərsu ASC-dən Maide.Az-a verilən məlumata görə bununla əlaqədar 06 sentyabr  2016-cı il tarixində gün ərzində Saray, Novxanı, Mehdiabad, Digah, Fatmayı, Goradil qəsəbələrindəki bağ massivlərinə, həmçinin  Ramana və Bülbülə qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr yaranacaqdır. /

Google+ WhatsApp ok.ru