Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

bəzi yerlərində yağış yağacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 
 
Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
 
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-25, gündüz 28-31, Bakıda  gecə 22-24, gündüz 28-30 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.   
 
Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti təşkil edəcək.  
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 21-26, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz  18-23 dərəcə  isti olacaq.   
 
Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 22-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun  aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.
 

Google+ WhatsApp ok.ru