Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Dekabrın 2-də  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal küləyi əsəcək. 
 
Milli Hidrometeorologiya Xidmətinin verdiyi  verdiyi məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət  gecə 70-80, gündüz  55-60  faiz təşkil edəcək. 
 
Dekabrın 2-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu  gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  1-6 dərəcə  isti olacaq.  
 
Tibbi-meteoroloji proqnoz
 
Dekabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 

Google+ WhatsApp ok.ru