Qətərdə ilk parlament seçkiləri bu tarixdə keçiriləcək

Qətərdə ilk parlament seçkiləri bu tarixdə keçiriləcək

Qətər əmiri Şeyx Tamim bin Əhməd əl-Tani, dövlət tarixində ilk parlament seçkilərinin keçirilməsi tarixi açıqlayıb. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, 2021-ci ilin oktyabr ayının 2-də keçirilən parlament seçkilərində vətəndaşlar Şuranın 45 üzvündən 30-nu seçməli olacaqlar. Qalanları kral tərəfindən təyin  olunacaq.
 
Qanuna görə, deputatların vəzifələri dəyişməz qalacaq. Hökümət siyasətini, büdcəni təsdiq etməli və icra hakimiyyəti üzərində parlament nəzarətini həyata keçirməli olacaqlar.
 
Dövlət ərazisi 30 seçki dairəsinə bölünəcək və hər biri məclisdə bir millət vəkili ilə təmsil olunacaq. 18 yaşından yuxarı vətəndaşlar səsvermə hüququna, 30 yaşdan yuxarı vətəndaşlar isə seçilmək hüququna malik olacaqlar. 
 

Google+ WhatsApp ok.ru