Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Bakı və Abşeron yarımadasında fevralın 21-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
 
Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir  güclənəcək.
 
Maide.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturunun gecə 0-2° isti, gündüz 8-12° isti, Bakıda gecə 0-2° isti, gündüz  10-12° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək.
 
Nisbi rütubət gecə 65-75%, gündüz 50-60% təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
 
Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru