Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
 
"Maide" saytı məlumat verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
 
Mülayim şimal küləyi əsəcək.
 
Havanın temperaturu Abşeronda gecə 3-6° isti, gündüz 9-12° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacaq. 
 
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 % , gündüz 60-70%əşkil edəcək.
 
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.  

Google+ WhatsApp ok.ru