Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
 
 
Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvət Nazirliyindən verilən məlumata görə,
 
Bakı və Abşeron yarımadasında
Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi əsəcək. 
Havanın temperaturunun gecə 12-15° isti, gündüz 18-21° isti, Bakıda gecə  13-15° isti, gündüz  19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 19-23° isti, dağlarda gecə 4-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.  /

Google+ WhatsApp ok.ru