Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
 
Maide.Az xəbər verir ki, ETSN-dən verilən məlumata görə,
 
Bakı və Abşeron yarımadasında
Hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə  22-25° isti, gündüz  30-35° isti, Bakıda gecə 23-25°, gündüz  33-35° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi normadan aşağı 757  mm civə sütunu təşkil edəcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Nisbi rütubət  gecə 75-85 %, gündüz  45-55 % olacaq. 
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda  26-27° isti təşkil edəcək.      
 
Azərbaycanın rayonlarında
Hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 19-24°, gündüz  33-38° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru