Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Şənbə gününə olan hava proqnozu açıqlanıb
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,
 
Bakıda və Abşeron yarımadasında
Hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % olacaq.
 
Azərbaycanın rayonlarında
Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 16-21° isti, dağlarda gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru