Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Oktyabrın 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Maide.Az xəbər verir ki, ETSN-dən  verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
 
Şimal-şərq küləyi gündüz cənub-şərq  küləyi ilə əvəz olunacaqhavanın temperaturunun gecə 10-13° isti, gündüz  15-18° isti, Bakıda gecə  10-12°, gündüz  15-17° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan yüksək  770 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-65% olacaq. 
 
Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.
 
Havanın temperaturu gecə  8-13°, gündüz  14-18° isti, dağlarda gecə 0-5°, gündüz 6-11° isti olacağı gözlənilir.
 

Google+ WhatsApp ok.ru