Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

-- bəzi yerlərdə arabir yağış yağacaq

Bakıda və Abşeron yarımadasında aprelin 21-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 11-14,  Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 5-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
 
Tibbi-meteoroloji proqnoza görə, aprelin 21-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yaratsa da, aprelin 22-23-də meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 

Google+ WhatsApp ok.ru