Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

-- 44 dərəcə isti

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. 
 
Maide.Az "lent.az"a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, cənub-şərq küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 25-27, gündüz 39-41 dərəcə isti olacağı gözlənilir.
 
İyulun 4-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 28-29, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti təşkil edəcək.
 
Cənub-şərq küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.
 
Azərbaycanın rayonlarında iyulun 4-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
 
Havanın temperaturunun gecə 22-27, gündüz 39-44,  dağlarda gecə 18-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
 

Google+ WhatsApp ok.ru