Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 21-24,  Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir. 
 
Atmosfer  təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz olacaq. 
 
Azərbaycanın rayonlarında oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.  Zəif şərq küləyi əsəcək.  
 
Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz  15-20 isti təşkil edəcək.  
 
Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 

Google+ WhatsApp ok.ru