Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, martın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti təşkil edəcək.
 
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.
 
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir.
 
Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə
 
2-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti təşkil edəcək. 
 

Google+ WhatsApp ok.ru