Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

-- Hava şəraiti əsasən yağmursuz keçəcək

Fevralın 23-ə olan hava proqnozu açıqlanıb.
 
Maide.Az xəbər verir ki,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-şərq  küləyi əsəcək.
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-11,  Bakıda 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. 
 

Google+ WhatsApp ok.ru