Sabah Azərbaycanın bəzi ərazilərində intensiv yağışlar yağacaq

Sabah Azərbaycanın bəzi ərazilərində intensiv yağışlar yağacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın 29-da Bakı və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
 
Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 10-12, gündüz 12-15 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında da oktyabrın 29-da arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu rayonlarda gecə 9-12, gündüz 12-16, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq. /

Google+ WhatsApp ok.ru