Sabah Azərbaycanın rayonlarında hava yağmursuz olacaq

Dekabrın 19-da Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən, yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Maide.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
 
Havanın temperaturu gecə Bakıda gecə 1-3, gündüz 10-12 dərəcə isti olacaq. 
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz  8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq. 

Google+ WhatsApp ok.ru