Sabah Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunacaq

Sabah Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunacaq

Sabah Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunacaq.
 
Maide.Az "Report"a istinadən xəbər verir ki, artıq bu həftədən Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır.
 
Azərbaycanda martın 5-də Od, martın 12-də Yel çərşənbəsi eyd olunacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.
 
Qeyd edək ki, bu il Azərbaycana yaz fəsli martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək. Martın 20-si ölkədə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.
 
Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.

Google+ WhatsApp ok.ru